...

Salyanda avtobusla yük maşını toqquşub: 2 ölü, 3 yaralı

Hadisə Materials 5 Noyabr 2013 01:47 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Salyan rayonu Marışlı kəndi ərazisində (Ələt-Astara yolunun 62-ci kilometrliyində) “Volswagen” markalı mikroavtobus və “MAZ” markalı yük avtomobili toqquşub. Nəticədə avtomobillər deformasiyaya uğrayıb, “Volswagen” markalı avtomobilin sürücüsü - 1944-cü il təvəllüdlü Abbasov Hüseyn İmaməli oğlu və sərnişin - Natella Quliyeva vəfat edib.
Salyanda avtobusla yük maşını toqquşub: 2 ölü, 3 yaralı

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Salyanda ağır yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Salyan rayonu Marışlı kəndi ərazisində (Ələt-Astara yolunun 62-ci kilometrliyində) "Volswagen" markalı mikroavtobus və "MAZ" markalı yük avtomobili toqquşub. Nəticədə avtomobillər deformasiyaya uğrayıb, "Volswagen" markalı avtomobilin sürücüsü - 1944-cü il təvəllüdlü Abbasov Hüseyn İmaməli oğlu və sərnişin - Natella Quliyeva vəfat edib.

Digər iki sərnişin və yük avtomobilinin sürücüsü isə xəsarət alıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış H.Abbasovun cəsədini çıxarıb, aidiyyəti üzrə təhvil verib və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Hadisə şahidlərinin bildirdiklərinə əsasən, N.Quliyevanın cəsədi və yaralılar hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti