Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir İ.İzzət/
Bakıda 18 yaşlı qız hamamda zəhərlənərək ölüb.
Suraxanı rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, noyabrın 18-də rayon sakini, 1995-ci il təvəllüdlü Quliyeva Ülviyyə Asib qızının yaşadığı Cəfər Cabbarli küçəsi, 22 ünvanındakı evdə meyiti tapılıb.
Onun hamam otağında dəm qazından zəhərlənərək öldüyü müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.