...

Şəmkirdə bıçaqlama hadisəsi olub

Hadisə Materials 29 Noyabr 2013 10:46 (UTC +04:00)
Trend xəbər verir ki, Şəmkir rayon Polis İdarəsindən Kəpəz TV-yə verilən məlumata görə, qanlı hadisə dünən axşam saatlarında olub.
Şəmkirdə bıçaqlama hadisəsi olub

Azərbaycan, Bakı, 29 noyabr /Trend/
Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend xəbər verir ki, Şəmkir rayon Polis İdarəsindən Kəpəz TV-yə verilən məlumata görə, qanlı hadisə dünən axşam saatlarında olub.

Rayon sakini 23 yaşlı Fərid Həsənov şəxsi münaqişə zəminində dostu 29 yaşlı Coşqun Sadıqovu bıçaqlayıb.

Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən yaralı əməliyyat olunub. Həkimlər onun həyatı üçün təhlükənin sovuşmadığını bildirirlər.

Fərid Həsənov hadisə yerindən qaçıb, polis onun axtarışlarını davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti