...

Bakıda avtomobil radar dirəyinə çırpıldı, ölən var

Hadisə Materials 8 Dekabr 2013 22:42 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili yol kənarındakı radar dirəyinə çırpılıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Bakıda avtomobil radar dirəyinə çırpıldı, ölən var

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

Bakıda avtomobil radar dirəyinə çırpılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Qaradağ rayonunda "VAZ" markalı minik avtomobili yol kənarındakı radar dirəyinə çırpılıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, avtomobil deformasiyaya uğrayıb. Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişin 1965-ci il təvəllüdlü Babayev Əsgər Minbər oğlu hadisə yerində vəfat edib.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşın cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti