...

Balakəndə körpüyə bomba qoyulması barədə yalan məlumat verən əqli qüsurlu şəxs saxlanılıb

Hadisə Materials 11 Dekabr 2013 12:49 (UTC +04:00)
Balakən rayon Sarıbulaq kənd sakini, əqli və fiziki cəhətdən qüsurlu olan Anar Osmanov saxlanılıb.
Balakəndə körpüyə bomba qoyulması barədə yalan məlumat verən əqli qüsurlu şəxs saxlanılıb

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Balakən rayon Sarıbulaq kənd sakini, əqli və fiziki cəhətdən qüsurlu olan Anar Osmanov saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki. dekabrın 10-u saat 23:32-də naməlum şəxs FHN-in 112 xidmətinə zəng edərək Balakən rayonu ərazisindəki körpünün altına bomba qoymasını bildirib.

Dərhal müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb.

Balakən RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində məlumatın Sarıbulaq kənd sakini, əqli və fiziki cəhətdən qüsurlu olan Anar Osmanov tərəfindən verilməsi müəyyən edilib və o, saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti