...

İranda dörd avtomobil toqquşub, 14 nəfər yanaraq həlak olub (FOTO)

Hadisə Materials 12 Dekabr 2013 10:10 (UTC +04:00)
Ölənlərdən 11 nəfəri Əfqanıstan vətəndaşıdır.
İranda dörd avtomobil toqquşub, 14 nəfər yanaraq həlak olub (FOTO)

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir T.Cəfərov/

İranın İsfahan əyalətinin Nain şəhərində dörd avtomobil toqquşaraq yanıb. Hadisə nəticəsində 14 nəfər yanaraq həlak olub, 12 nəfər isə müxtəlif yanıq xəsarətləri alıb. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

Məlumata əsasən, hadisə yerli vaxtla gecə saat 03:30 radələrində Nain şəhərinin girişində baş verib. Ölənlərdən 11 nəfəri Əfqanıstan vətəndaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti