...

2 saylı İstintaq təcridxanasında qadağan olunmuş rabitə vasitəsi aşkar edilib

Hadisə Materials 13 Dekabr 2013 15:59 (UTC +04:00)
Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında qadağan olunmuş rabitə vasitəsi aşkar edilib.
2 saylı İstintaq təcridxanasında qadağan olunmuş rabitə vasitəsi aşkar edilib

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İ.İzzət/

Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında qadağan olunmuş rabitə vasitəsi aşkar edilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, dekabrın 13-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Şöhrət Qüdrət oğlu Bağırovun kamerasına və üzərinə baxış keçirilən zaman onun əynindəki şalvarın sağ cibindən bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, 1987-ci il təvəllüdlü Ş.Bağırov xuliqanlıq, eləcə də qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə maddələri ilə təqsirli bilinərək həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti