...

Bakıda mikroavtobus və mağaza yanıb

Hadisə Materials 17 Dekabr 2013 03:15 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Raf" markalı mikroavtobusun salonu və içərisinə yığılmış 6 ədəd avtomobil şini yanıb.
Bakıda mikroavtobus və mağaza yanıb

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Bakıda mikroavtobus və mağazada yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Raf" markalı mikroavtobusun salonu və içərisinə yığılmış 6 ədəd avtomobil şini yanıb.

Mikroavtobusun qalan hissələri yanğından mühafizə olunub.

Bundan başqa, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan tikinti materialları mağazasının lambirdən ibarət üzlüyü və içərisində olan əşyalarla birlikdə 7 kv.m sahədə yanıb.

Bitişik mağaza yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti