...

Türkiyədə bəzi vəzifəli şəxslərin övladlarının həbs edildiyi iddia olunur

Hadisə Materials 17 Dekabr 2013 14:44 (UTC +04:00)
İstanbul polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində bəzi iş adamları həbs olunub.
Türkiyədə bəzi vəzifəli şəxslərin övladlarının həbs edildiyi iddia olunur

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

İstanbul polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində bəzi iş adamları həbs olunub. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi xəbər verib.

Məlumata əsasən, iş adamlarının həbsinə səbəb korrupsiya, qaçaqmalçılıq, narkotik maddələrin satışı ilə bağlı ittihamlar olub.

Hadisə ilə bağlı açıqlama verən İstanbul valisi Hüseyn Avnı Mutlu bildirib ki, qaçaqmalçılıq, narkotik maddələrin satışı ilə bağlı şikayət əsasında bəzi iş adamları polis şöbəsinə çağırılıb və onlardan bəziləri həbs edilib, bəziləri isə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Keçirilən əməliyyat nəticəsində Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin oğullarının da həbs edildiyi bildirilsə də, hələ ki, rəsmi dairələr bu faktı təsdiqləməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti