...

Bakıda yük maşını ilə sərnişin avtobusu toqquşub

Hadisə Materials 26 Dekabr 2013 11:38 (UTC +04:00)
Bu gün səhər saatlarında Bakının Xətai rayonu ərazisində "Nargilə" kafesi yaxınlığında KAMAZ markalı yük avtomobili ilə sərnişin avtobusu toqquşub.
Bakıda yük maşını ilə sərnişin avtobusu toqquşub

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gün səhər saatlarında Bakının Xətai rayonu ərazisində "Nargilə" kafesi yaxınlığında KAMAZ markalı yük avtomobili ilə sərnişin avtobusu toqquşub. Bu barədə Trend-ə hadisə yerində olan şahidlər məlumat veriblər.

Məlumata görə, qəza nəticəsində bir neçə sərnişin xəsarət alıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Mürsəl Həmidov Trend-ə deyib ki, hadisə ilə bağlı təcili yardım briqadasına çağırış saat 10:22-də daxil olub. Həkim briqadası hadisə yerində zərərçəkmiş bir nəfərə ilkin tibbi yardım göstərdikdən sonra onu 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.

Həmin şəxs 60 yaşlı kişi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti