Azərbaycan, Bakı, 3 yanvar /Trend/
Bu gün Tokionun mərkəzində baş vermiş iri yanğın səbəbindən qatarlarda olan 400 mindən artıq sərnişin yolda qalıb.
Trend-in cümə günü İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, yanğın sürət qatarları daxil olmaqla, bəzi dəmiryol xətlərində hərəkəti məhdudlaşdırıb.
Yerli vaxtal saat 06:00-da dəmir yolları xətlərinin yaxınlığındakı əyləncə mərkəzində baş vermiş yanğın nəticəsində heç kəs xəsarət almayıb.
Buna baxmayaraq, yanğın qonşu 3 binaya yayılaraq 1,1 min kvadratmetr sahəni əhatə edib. Yanğının söndürülməsinə 50 min ədəddən çox yanğınsöndürmə texnikası cəlb edilib.
Hazırda qatarların hərəkəti qismən bərpa edilib.