...

Bakıda dəm qazından zəhərlənmə ilə əlaqədar 5 nəfər təcili tibbi yardıma müraciət edib

Hadisə Materials 10 Yanvar 2014 11:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) dəm qazından zəhərlənmə ilə əlaqədar 5 nəfər müraciət edib.

Stansiyanın operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova Trend-ə bildirib ki, həmin şəxslərin 4-ü xəstəxanaya catdırılıb, 1 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Dünən dəm qazından zəhərlənmə ilə əlaqədar ölüm hadisəsi baş verməyib.

Z.Vahidova deyib ki, yanvar ayı ərzində 4 nəfər dəm qazından zəhərlənmə nəticəsində dünyasını dəyişib. Onların 2-si qadın, 2-si isə kişi olub. Zəhərlənmələr hamam otağında və qızdırıcı cihazlardan istifadə zamanı baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti