...

Qaxda ölümlə nəticələn qəza baş verib

Hadisə Materials 12 Yanvar 2014 11:54 (UTC +04:00)
Trend Kanal S-ə istinadən məlumat verir ki, ötən gecə Qaxda ölümlə nəticələnən yol qəzası baş verib.
Qaxda ölümlə nəticələn qəza baş verib

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

Trend Kanal S-ə istinadən məlumat verir ki, ötən gecə Qaxda ölümlə nəticələnən yol qəzası baş verib.

Şəkidən istirahətdən qayıdan Zaqatalanın Çobankol kəndindən olan qohumlar qəzaya düşüb.

Hadisə Şəki-Qax yolunun Qaxa giriş hissəsində qeydə alınıb. Zaqatala istiqamətində hərəkətdə olan 1994-cü il təvəllüdlü Rövşən Məmmədov idarə etdiyi VAZ 21011 markalı avtomobili yol kənarındakı ağaca çırpıb.

Qəza zamanı avtomobildə 5 nəfər olub. Onlardan 1993-cü il təvəllüdlü Şəmsi Məmmədov Qax rayon mərkəzi xəstəxanasına çatdırılarkən yolda dünyasıı dəyişib. Sürücü Rövşən Məmmədov, 1993-cü il təvəllüdlü Yəhya Qəribov, 1991- ci il təvəllüdlü Elmir Məmmədov, 1993-cü il təvəllüdlü Roman Məmmədov isə yüngül bədən xəsarətləri alıblar. Yaralılara lazımi tibbi yardım göstərilib.

Hadisəyə ilkin səbəb kimi yüksək sürət və sürücünün yola nabələd olması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti