...

Bakıda qapı oğruları tutulub

Hadisə Materials 13 Yanvar 2014 10:25 (UTC +04:00)
Bakıda qapı oğruları tutulub.
Bakıda qapı oğruları tutulub

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İ.İzzət/

Bakıda qapı oğruları tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2013-cü ilin dekabrın 20-də paytaxtın Gəncə prospektində yerləşən Bakı şəhər sakini Minayə Nəsirovaya məxsus evin quraşdırılmamış dəmir qapısı, yanvarın 7-də Samirə Əliyevaya məxsus mənzil qapısı və yanvarın 10-da isə Yunis Dadaşova məxsus plastik su cəni oğurlanıb.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Sahib Əliyev və Mehman Vəliyev tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti