...

Bakıda keçmiş məhkum qadının boğazı kəsilmiş meyiti tapılıb

Hadisə Materials 16 Yanvar 2014 12:52 (UTC +04:00)
Bakının Yasamal rayonu sakininin yaşadığı mənzildə boğazı kəsilmiş halda meyiti tapılıb.
Bakıda keçmiş məhkum qadının boğazı kəsilmiş meyiti tapılıb

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İ.İzzət/

Bakının Yasamal rayonu sakininin yaşadığı mənzildə boğazı kəsilmiş halda meyiti tapılıb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 15-də Yasamal rayon sakini, əvvəllər məhkum olunmuş Xoşavaz Mənəfovanın mənzilində boğaz nahiyəsində kəsilmiş xəsarəti olan meyiti tapılıb.

Yasamal rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti