Azərbaycan, Bakı, 18 yanvar/ Trend/
Bakıda keçmiş məhkum qadını qətlə yetirən şəxs yaxalanıb.
Trend-in Bakı şəhər Baş Polis İdarəsinə (BPİ) istinadən verdiyi məlumata görə, Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 29-cu polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Bakı şəhər sakini Orxan Məmmədov tutulub.
Qeyd edək ki, O.Məmmədov yanvarın 15-də Ə.Əhmədov küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Xoşavaz Mənəfovanın boğaz nahiyyəsindən kəsərək qətlə yetirib.