Gürcüstan, Tbilisi, 20 yanvar /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanda iş adamı Zaza Zakareişvili etiraz əlaməti olaraq "TBS bank" mərkəzi bankının qarşısında ağzını tikib.
Trend-in məlumatına görə, o, bankı onun əmlakını mənimsəməkdə günahlandırıb.
Hazırda ofisin binası qarşısında iş adamına dəstək aksiyası keçirilir. Hadisə yerinə patrul polisi səfərbər olunub.