Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İ.İzzət/
Bakılı qadının gəlir əldə etmək məqsədilə həmcinslərini Türkiyəyə aparması müəyyən edilib.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Zülfiyyə İsgəndərova saxlanılıb.
Onun gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparması müəyyən edilib.
Faktla əlaqədar araşdırma aparılır.