...

Türkiyədə müxalifət partiyalarının tərəfdarları arasında qarşıdurma yaranıb, yaralılar var

Hadisə Materials 31 Yanvar 2014 09:44 (UTC +04:00)
Türkiyənin Diyarbəkir viyalətində kürdyönlü Sülh və Demokratiya Partiyası (BDP) və Hüda-Par (Hürdava Partiyası) tərəfdarları arasında qarşıdurma yaranıb, nəticədə 10 nəfər yaralanıb.
Türkiyədə müxalifət partiyalarının tərəfdarları arasında qarşıdurma yaranıb, yaralılar var

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Diyarbəkir viyalətində kürdyönlü Sülh və Demokratiya Partiyası (BDP) və Hüda-Par (Hürdava Partiyası) tərəfdarları arasında qarşıdurma yaranıb, nəticədə 10 nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyət" qəzeti xəbər verib.

Məlumata görə, qarşıdurmaya səbəb hansı partiyanın 30 martda keçiriləcək bələdiyyə seçkilərində qalib gələcəyi haqqında mübahisə olub.

Qəzetin məlumatına görə, qarşıdurmada 5 avtomobil yandırılıb.

Diyarbərik polisinin müdaxiləsindən sonra qarşıdurmanın qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti