...

Türkiyədə yenidən müxalifət partiyasının seçki qərargahına basqın edilib

Hadisə Materials 7 Fevral 2014 15:23 (UTC +04:00)
Türkiyədə müxalifət partiyasının seçki qərargahına yenidən basqın edilib
Türkiyədə yenidən müxalifət partiyasının seçki qərargahına basqın edilib

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Türkiyədə müxalif Milliyətçi Hərəkat Partiyasının (MHP) İstanbuldakı seçki qərargahına naməlum şəxslər tərəfindən "molotof kokteyli" atılıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hurriyet Daily News" qəzeti xəbər verib.

Məlumata əsəsən, insident nəticəsinə xəsarət alan yoxdur. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu il yanvarın 27-də İstanbulda MHP-nin başqa bir seçki qərargahına silahlı basqın olmuşdu. İnsident nəticəsində partiyanın İstanbul bürosunun üzvlərindən biri ölmüş, 4 nəfəri isə yaralanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti