...

Kiyev meriyasının binası yanır

Hadisə Materials 18 Fevral 2014 18:00 (UTC +04:00)
Kiyev Şəhər Administrasiyasının inzibati binasında yanğın baş verib, administrasiya rəhbəri Vladimir Makeyenko binadadır.
Kiyev meriyasının binası yanır

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Kiyev Şəhər Administrasiyasının inzibati binasında yanğın baş verib, administrasiya rəhbəri Vladimir Makeyenko binadadır.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yanğın Kiyev Şəhər Şurasının binasında da qeydə alınıb.

Hadisə yerində yanğınsöndürənlər işləyirlər. Yanğına səbəb radikal etirazçılarla baş vermiş qarşıdurmalar olub. Onlar şəhərin mərkəzində binaya tüstü şaşkaları atıb və rezin şinləri yandırıblar.

Xatırladaq ki, Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə açıqlamasından sonra başlayıb. Müxalifətin yanvarın 19-da Kiyevdə keçirdiyi növbəti xalq nümayişi zamanı radikallarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. İştişaşlar nəticəsində 3 nəfər həlak olub. Müxalifət hökumətin istefasını və avrointeqrasiyanın davam etdirilməsini tələb edir.

Ukrayna Prezidenti Viktor Yanukoviç Nikolay Azarovun Baş nazir vəzifəsindən azad edilməsinə dair fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti də istefaya göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti