...

Samuxda toyda kütləvi dava olub, 3 nəfər xəsarət alıb

Hadisə Materials 21 Fevral 2014 23:22 (UTC +04:00)
Samuxda toy mərasimində kütləvi davada 3 nəfər xəsarət alıb.
Samuxda toyda kütləvi dava olub, 3 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Samuxda toy mərasimində kütləvi davada 3 nəfər xəsarət alıb.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, bu gün axşam saatlarında Samux rayonu, Kolayır kəndində insident baş verib. Adıçəkilən kənddə toy mərasimi zamanı sərxoş olan gənclər arasında kütləvi dava olub. Nəticədə üç nəfər Samux sakini aldıqları ağır bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Şöbədən verilən məlumata görə, hər üç xəstə küt alətlərlə döyülüb.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti