...

Gəncədə minik avtomobili sərnişin avtobusu ilə toqquşub, ölən var

Hadisə Materials 23 Fevral 2014 10:40 (UTC +04:00)
Gəncədə minik avtomobili sərnişin avtobusu ilə toqquşub, ölən var.
Gəncədə minik avtomobili sərnişin avtobusu ilə toqquşub, ölən var

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Gəncədə minik avtomobili sərnişin avtobusu ilə toqquşub, ölən var.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda "VAZ" markalı minik avtomobili ilə "İsuzu" markalı sərnişin avtobusu toqquşub.

Nəticədə, minik avtomobili ağır deformasiyaya uğrayıb, sürücüsü isə 1986-cı il təvəllüdlü Məmmədov Elşad Elnar oğlu hadisə yerində həlak olub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xəbər lenti

Xəbər lenti