...

Balakəndə ağır yol qəzaları olub

Hadisə Materials 1 Mart 2014 13:08 (UTC +04:00)
Xəstəxanaya yerləşdirilmiş R.Qarayev və sərnişini - Hənifə kənd sakini Ənvər Xəlilov orada olüblər.
Balakəndə ağır yol qəzaları olub

Azərbaycan, Bakı, 1 mart /Trend/

Balakəndə ağır yol qəzaları olub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 28-də saat 13 radələrində Balakən rayonu Tülü kəndinin ərazisində Qullar kənd sakini Rəşad Qarayevin idarə etdiyi "VAZ-21063" markalı avtomobili yolun kənarında dayanmış Zərdab rayon sakini Anar Pirməmmədova məxsus "KamAZ" markalı avtomobilə vurub.

Xəstəxanaya yerləşdirilmiş R.Qarayev və sərnişini - Hənifə kənd sakini Ənvər Xəlilov orada olüblər.

Fevralın 28-də saat 13 radələrində isə Balakən rayonu Talalar kəndinin ərazisində kənd sakini Bəşir İmamovun idarə etdiyi "VAZ-2106" və Biləsuvar rayon sakini Tural Yüzbaşovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

B.İmamov və sərnişini - həmkəndlisi Sabruddin İmamov, habelə T.Yüzbaşov xəstəxanaya yerləşdirilmiş, B.İmamov orada ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti