...

Bakıda 8 gün əvvəl avtomobillə piyadanı vuraraq öldürmüş sürücü saxlanılıb

Hadisə Materials 3 Mart 2014 10:27 (UTC +04:00)
Bakıda 8 gün əvvəl avtomobillə piyadanı vuraraq öldürmüş sürücü tapılaraq saxlanılıb.
Bakıda 8 gün əvvəl avtomobillə piyadanı vuraraq öldürmüş sürücü saxlanılıb

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İ.İzzət/

Bakıda 8 gün əvvəl avtomobillə piyadanı vuraraq öldürmüş sürücü tapılaraq saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 23-ü saat 23:50 radələrində Maştağa qəsəbəsində naməlum avtomobil qəsəbə sakini Habil Bədəlovu vurub. Zərərçəkmiş xəstəxanaya daxil olub, lakin həkimlərinə səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və H.Bədəlov fevralın 24-də orada olüb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Oruc Sadıqov idarə etdiyi "Mercedes" markalı avtomobillə birlikdə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti