...

DİN: Göyçayda ər və arvadı qətlə yetirməkdə şübhəli bilinən qrupun digər üzvü tutulub

Hadisə Materials 7 Mart 2014 13:20 (UTC +04:00)
Göyçay şəhər sakinləri Xəlil Quliyevi və arvadı Afaqı qətlə yetirməkdə şübhəli bilinən qrupun digər üzvü - rayon sakini Pərviz Səlimov tutulub.
DİN: Göyçayda ər və arvadı qətlə yetirməkdə şübhəli bilinən qrupun digər üzvü tutulub

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İ.İsabalayeva/

Göyçay şəhər sakinləri Xəlil Quliyevi və arvadı Afaqı qətlə yetirməkdə şübhəli bilinən qrupun digər üzvü - rayon sakini Pərviz Səlimov tutulub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, P.Səlimov martın 6-da polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Nicat Mustafayevin, Musa Əhmədovun və P.Səlimovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların müxtəlif vaxtlarda Çayaxarı kənd sakini Seyidbaba Hüseynovla birgə Qızbəs Əliyevanın, Elxan Xəlilovun və Reyhan Bəyalıyevanın evlərindən xeyli miqdarda pul və qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti