...

İstintaq təcridxanasına konfet adıyla narkotik keçirilməsi cəhdinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 10 Mart 2014 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart /Trend/

Bakıda İstintaq təcridxanasına narkotik keçirilməsi cəhdinin qarşısı alınıb.

Trend Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 228.1; 232.2.1 və 232.2.2 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Eldar Ələddin oğlu Nəzərova tanışı Taleh Feyruz oğlu Muxdarovun gətirdiyi sovqata baxış keçirilən zaman konfet kağızına bükülərək gizlədilmiş, xalis çəkisi 6,257 qram olan narkotik maddə - tiryək aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Xəyyam Pənah oğlu Pənahovun üzərinə baxış keçirilən zaman ayaqqabısının içərisində gizlədilmiş 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 (bir) ədəd "Nar" danışıq kartı aşkar edilərək götürülüb.

Hər iki fakt üzrə araşdırma aparılır.

Fakt üzrə araşdırma aparılır.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti