Azərbaycan, Bakı, 11 mart /Trend/
Gəncə-Şəmkir yolunda avtomobil piyadanın həyatına son qoyub.
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, bu gün axşam saat 22:45 radələrində Gəncə-Şəmkir avtomobil yolunun 6-cı kilometrində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gəncədən Şəmkir istiqamətində hərəkətdə olan "VAZ 2109" markalı avtomobil yolu keçmək istəyən naməlum piyadanı vurub. 40-45 yaşlarında olduğu ehtimal edilən qadın almış xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Hazırda fakt üzrə araşdırma aparılır.