...

Masallıda partlayış olub, 4 nəfər xəsarət alıb

Hadisə Materials 15 Mart 2014 08:46 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Masallı şəhərində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 80 kv.m olan 2 otaqlı köməkçi tikilidə yanğınla nəticələnən partlayış baş verib.
Masallıda partlayış olub, 4 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 15 mart /Trend/

Masallıda partlayış olub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Masallı şəhərində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 80 kv.m olan 2 otaqlı köməkçi tikilidə yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində köməkçi tikilidə yaşayan 4 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım Stansiyası tərəfindən aparılıb.

Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti