Azərbaycan, Bakı, 21 mart /Trend, müxbir İ.İsabalayeva/
Xaçmaz rayonunda insan ölümü ilə nəticələnən yanğın baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, rayonun Çarxı kəndində (rayon mərkəzindən 18 km aralı) 1964-cü il təvəllüdlü Məmmədov Aqil Habil oğluna məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı evdən yanğınsöndürənlər tərəfindən ev sahibinin yanmış meyiti aşkar olunub.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.