...

Bakıda banka məxsus post-terminalı oğurlamış şəxs tutulub

Hadisə Materials 27 Mart 2014 13:05 (UTC +04:00)
“Bank of Azərbaycan”a məxsus post-terminalı oğurlamış Bakı şəhər sakini tutulub.
Bakıda banka məxsus post-terminalı oğurlamış şəxs tutulub

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İzzət/

"Bank of Azərbaycan"a məxsus post-terminalı oğurlamış Bakı şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Bank of Azərbaycan"a məxsus post-terminalı oğurlamış Bakı şəhər sakini Ülvi Hənifəyev tutulub.

Qeyd edək ki, "Bank of Azərbaycan"a məxsus post-terminal 2013-cü il dekabrın 22-də Kazım Əliyevin idarə etdiyi "Bakı Taxi" MMC-yə məxsus avtomobildən oğurlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti