Azərbaycan, Bakı, 29 mart /Trend/
Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Sabirabad rayonu, Nizami kəndində (rayon mərkəzindən 40 km aralı) "Mitsubishi" markalı minik avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində yolun kənarına aşıb.
Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1984-cü il təvəllüdlü Ağayev İlkin Eminağa oğlunun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.