...

Bakıda məktəblini qətlə yetirməkdə şübhəli bilinən şəxslər tutulub

Hadisə Materials 4 Aprel 2014 13:23 (UTC +04:00)
Biləcəri qəsəbəsinin ərazisində yeniyetməni qətlə yetirməkdə şübhəli bilinən şəxslər tutulublar.
Bakıda məktəblini qətlə yetirməkdə şübhəli bilinən şəxslər tutulub

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İzzət/

Biləcəri qəsəbəsinin ərazisində yeniyetməni qətlə yetirməkdə şübhəli bilinən şəxslər tutulublar.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, aprelin 1-də Binəqədi rayonu Biləcəri qəsəbəsinin ərazisində Mobil Abdullayevin qətlə yetirilməsi ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Abdullayev və Biləcəri qəsəbə sakinləri Fuad Heydərov, Elsevər Məmmədov, Nurlan Dünyamalıyev, Abbas Abbaslı və Samir Məmmədov arasında münaqisə baş verməsi, bu zaman S.Məmmədovun ona ayaq nahiyəsindən bıçaqla xəsarətlər yetirməsi müəyyən edilib və onlar tutulublar.

Qeyd edək ki, qətlə yetirilmiş Mobil Abdullayevin 17 yaşının olduğu və orta məktəb-in 11-ci sinfində oxuduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti