...

4 ay əvvəl itkin düşmüş şəxsin meyiti Kür çayında tapılıb

Hadisə Materials 14 Aprel 2014 12:51 (UTC +04:00)
Kür çayının Samux rayonunun ərazisindən keçən hissəsində meyit tapılıb.
4 ay əvvəl itkin düşmüş şəxsin meyiti Kür çayında tapılıb

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İ.İzzət/

Kür çayının Samux rayonunun ərazisindən keçən hissəsində meyit tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ötən il dekabrın 13-də balıq tutmaq adı ilə Kür çayına getmiş və itkin düşmüş Ayaz Qurbanovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti Kür çayının Samux rayonunun Burunqovaq kəndinin ərazisindən keçən hissəsində tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti