Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir İ.İzzət/
Xorvatiya vətəndaşından oğurluq etmiş Bakı şəhər sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Yuri Zaytsev saxlanılıb.
Y.Zaytsev aprelin 18-də "Park-Bulvar" ticarət mərkəzindəki "Bazar store" mağazasında Xorvatiya vətəndaşı Nladen Knotekə məxsus, içərisində 23 manatı və kredit kartları olan pul kisəsini oğurlayıb.
Faktla əlaqədar cinayət işi açılıb.