Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İzzət/
Binəqədi rayonunda baş vermiş partlayış zamanı xəsarət almış iki nəfər xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 11-də Binəqədi rayonu ərazisində baş vermiş partlayış zamanı xəsarət almış Mahrux Hüseynova və İran vətəndaşı Murtuza Əlizadənın həyatını xilas etmək mümkün olmayıb.
Onlar hadisədən 5 gün sonra, mayın 16-da xəstəxanada ölüblər.