...

İranda prokuror güllələnib

Hadisə Materials 17 May 2014 13:49 (UTC +04:00)
Bu gün səhər saatlarında İranın Xürrəmşəhr şəhər prokuroru Əlirza Baviyə Əhvaz şəhərində öz şəxsi avtomobili ilə hərəkətdə olarkən naməlum şəxslər tərəfindən sui-qəsd olunub.
İranda prokuror güllələnib

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir T.Cəfərov/

Bu gün səhər saatlarında İranın Xürrəmşəhr şəhər prokuroru Əlirza Baviyə Əhvaz şəhərində öz şəxsi avtomobili ilə hərəkətdə olarkən naməlum şəxslər tərəfindən sui-qəsd olunub.

Trend-in İran televiziyasının rəsmi xəbər saytı Iribnews-a istinadən verdiyi məlumata əsasən, Ə.Bavi iki güllə yarası alıb, hazırda Əhvaz şəhər xəstəxanasında müalicə olunur.

Onun baş və sifətindən yaralandığı bildirilir. Vəziyyəti qənaətbəxş hesab edilir.

Məlumatda qeyd olunur ki, prokurora ov tüfəngindən atəş açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti