...

Kürdəmirdə atanın törətdiyi qəza iki övladının ölümü ilə nəticələnib

Hadisə Materials 20 May 2014 13:29 (UTC +04:00)
Kürdəmir rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ailənin iki övladı ölüb, ata və ana yaralanıblar.
Kürdəmirdə atanın törətdiyi qəza iki övladının ölümü ilə nəticələnib

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/

Kürdəmir rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ailənin iki övladı ölüb, ata və ana yaralanıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 19-da saat 07 radələrində Kürdəmir rayonu, Muradxan kəndinin ərazisində Zərdab şəhər sakini Akif Zalov idarə etdiyi "Opel" markalı avtomobili kanala aşırıb. A.Zalovun sərnişinlərindən azyaşlı qızı Nərgiz və oğlu Rüfət suda boğulub, özü və digər sərnişini - arvadı Şəbnəm xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti