...

Bakıda mənzildə 2 azyaşlı uşaq köməksiz vəziyyətdə qalıb

Hadisə Materials 8 İyun 2014 20:08 (UTC +04:00)
Bakıda mənzildə 2 azyaşlı uşaq köməksiz vəziyyətdə qalıb.
Bakıda mənzildə 2 azyaşlı uşaq köməksiz vəziyyətdə qalıb

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Bakıda mənzildə 2 azyaşlı uşaq köməksiz vəziyyətdə qalıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil veriliblər.

Xəbər lenti

Xəbər lenti