Yeni məlumat əlavə olunub (ilk xəbər 11:37-də yayılıb)
Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin cənub-şərqində yerləşən Diyarbəkir vilayətində partlayış baş verib. Trend-in məlumatına görə, bu barədə "Haber7" telekanalı xəbər yayıb.
İlkin məlumatlara görə, partlayış nəticəsində 14 nəfər xəsarət alıb. Onlardan dördünün vəziyyəti ağırdır.
Partlayış etirazçılardan ibarət qrup vilayətin magistral avtomobil yollarından birini bağlayarkən baş verib.
Telekanalın məlumatına görə, etiraz aksiyası iştirakçılarından birində olan qaz balonu partlayıb.
Etiraz aksiyasının keçirilməsinin səbəbi barədə məlumat verilmir.
Faktla bağlı cinayət işi açılıb.