...

Bakıda bankomatlardan vətəndaşların pulunu oğurlayan şəxs tutulub

Hadisə Materials 19 İyun 2014 10:31 (UTC +04:00)
Bakıda bankomatlardan vətəndaşlarını pulunu oğurlayan şəxs tutulub.
Bakıda bankomatlardan vətəndaşların pulunu oğurlayan şəxs tutulub

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlkin İzzət/

Bakıda bankomatlardan vətəndaşlarını pulunu oğurlayan şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, dələduzluq və oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Naxçıvan şəhər sakini, 1981-ci il təvəllüdlü Samir Xəlilov tutulub.

Müəyyən edilib ki, S.Xəlilov ötən il sentyabrın 12-də İmanxan Ağayevə kömək etmək adı ilə M.Abbasov küçəsində yerləşən bankomatdakı hesabından 430 manat pulu çıxarıb qaytarmayaraq dələduzluq edib. Bu il yanvarın 16-da Ş.Mirzəyev küçəsində yerləşən bankomatından Nəriman Quliyevin hesabından 1000 manat oğurlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti