...

Lənkəranda baş verən yol qəzası piyadanın ölümü ilə nəticələnib

Hadisə Materials 19 İyun 2014 13:00 (UTC +04:00)
Lənkəran rayonunda baş verən yol-nəqliyyat hadisəsi piyadanın ölümü ilə nəticələnib.
Lənkəranda baş verən yol qəzası piyadanın ölümü ilə nəticələnib

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlkin İzzət/

Lənkəran rayonunda baş verən yol-nəqliyyat hadisəsi piyadanın ölümü ilə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 18-də saat 15 radələrində Lənkəran rayonu Xarxatan kəndinin ərazisində Mayəddin Hüseynov idarə etdiyi "Nissan" markalı avtomobillə yolu keçən kənd sakini Mirnasir Əbilzadəni vurub.

M.Əbilzadə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti