...

Xaçmazda "VAZ" 14 yaşlı yeniyetməni vurub

Hadisə Materials 24 İyun 2014 20:49 (UTC +04:00)
Bu gün saat 19:30 radələrində Xaçmaz şəhəri, Ülvi Bünyadzadə küçəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xaçmazda "VAZ" 14 yaşlı yeniyetməni vurub

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Bu gün saat 19:30 radələrində Xaçmaz şəhəri, Ülvi Bünyadzadə küçəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend Regional TV-yə istinadən məlumat verir ki, 2001-ci il təvəllüdlü Mövsümov Mehdi Aydın oğlu evlərinin qarşısında oynayarkən yüksək sürətlə idarə olunan "VAZ 21 011" markalı avtomobil onu vurub.

Nəticədə 14 yaşlı yeniyetmə müxtəlif dərəcəli xəsarətlər alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hazırda fakt araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti