Azərbaycan, Bakı, 26 iyun /Trend/
Bakıda avtomobil oğrusu tutulub.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı BPİ DYPİ və Nəsimi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 24-də Araz Ələkbərova məxsus "Mercedes" markalı avtomobili qaçırmış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fazil Səlimov tutulub.