...

FHN Şəmkirdə hərbçiləri daşıyan maşının düşdüyü yol qəzası ilə bağlı rəsmi məlumat yaydı (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 27 İyun 2014 09:54 (UTC +04:00)
Bu gecə Bakı-Qazax magistralının 418-ci km-də - Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində ağır yol qəzası baş verib.
FHN Şəmkirdə hərbçiləri daşıyan maşının düşdüyü yol qəzası ilə bağlı rəsmi məlumat yaydı (ƏLAVƏ OLUNUB)

Yeni məlumat əlavə olunub (ilk xəbər 09:43-də yayılıb)

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Bu gecə Bakı-Qazax magistralının 418-ci km-də - Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində ağır yol qəzası baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, içərisində hərbçilərin olduğu "BMW" markalı avtomobillə "VAZ 2107" markalı maşın toqquşub.

Qəza zamanı "VAZ 2107"-nin sürücüsü 63 yaşlı Allahverən Həsənov hadisə yerindəcə dünyasını dəyişib. Digər avtomobildə olan 3 hərbçi - 26 yaşlı Səxavət Məmmədov, 33 yaşlı Zaur Cəfərov, 29 yaşlı Rüfət Həsənov, eləcə də mülki şəxslərdən 64 yaşlı Nizami Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. İlkin tibbi yardımdan sonra hərbçilər hərbi hospitala aparılıblar. Mülki şəxsin isə müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Yol qəzası ilə bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.

Trend nazirliyin saytına istinadən xəbər verir ki, məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 412-ci kilometrliyində, Şəmkir rayonu ərazisində "VAZ" və "BMW" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilində olan sərnişin aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər tərəfindən "VAZ" markalı minik avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit və xəsarət almış sürücü müxtəlif avadanlıqlardan istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 07:30-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti