Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İlkin İzzət/
Bərdə rayonunda azyaşlı oğlan su hovuzuna düşərək boğulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 30-da Bərdə rayonu Qazaxlar kəndində bədbəxt hadisə baş verib.
Belə ki, kənd sakini azyaşlı Saday Qaçaylı yaşadığı evin həyətində su hovuzuna düşərək boğulub.