Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İlkin İzzət/
Masallı rayonunda göldə çimərkən 3 nəfər suda boğulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 02 iyul 2014İyulun 2-də Masallı rayonu Tiyaqani kənd sakinləri Qadir Mehdiyev, İlkin Quluzadə və onun qardaşı Ələsgər kənd ərazisindəki göldə çimərkən suda boğulublar. Onların meyitləri sudan çıxarılıb.
Qeyd edək ki, suda boğulanların hamısı azyaşlı uşaqlar olub. Belə ki, İlkin Quluzadə 2005-ci il təvəllüdlü, onun qardaşı, Ələsgər Quluzadə 2007-ci il təvəllüdlü, Qadir Mehdiyev isə 2004-cü il təvəllüdlü olub.