...

Qaradağda avtomobildə meyit tapılıb

Hadisə Materials 8 İyul 2014 15:02 (UTC +04:00)
Müşfiqabad qəsəbə sakininin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Qaradağda avtomobildə meyit tapılıb

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İlkin İzzət/

Müşfiqabad qəsəbə sakininin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 7-də Qaradağ rayonu Müşfiqabad qəsəbəsinin ərazisində qəsəbə sakini Novruz Novruzovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

N.Novruzovun meyiti ona məxsus "Hyundai" markalı avtomobildə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti