Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İlkin İzzət/
Şəki rayon sakini çimərkən suda boğulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 9-da Şəki rayonu Şorsu kəndinin ərazisində kənd sakini Nicat Əkbərli Əyriçay çayında çimərkən suda boğulub. N.Əkbərlinin meyiti sudan çıxarılıb.