Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir İlkin İzzət/
Qəbələdə "Şahdağ" Milli Qoruğunda yanğının söndürülməsinə əlavə qüvvələr cəlb olunub.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Qəbələ rayonu, Tikanlı kəndində, rayon mərkəzindən 8 km aralıda "Şahdağ" Milli Qoruğunun ərazisində 3 ha sahədə xəzəl, kol-kos və qurumuş ağaclar yanır. Yanğın texnikalarının həmin ərazilərə cəlb olunmasının qeyri-mümkünlüyünü nəzərə alaraq, yanğının söndürülməsinə FHN-nin Aviasiya Dəstəsindən 1 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidmətinin 10 nəfər əməkdaşı, 10 nəfər milli qoruğun əməkdaşı və 8 nəfər kənd əhalisi iştirak edir.
Qoruq ərazisində olan meşə zolağı yanğından mühafizə olunur. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.